İsti havalardan qorunun!

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, həftə sonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, avqustun 2-3-də 40 dərəcəyə yaxın, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da isə 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Abşeron yarımadasında, o cümlədən Sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Bizimlə oxuyun
Verified by MonsterInsights