ELAZ.İNFO xəbər verir ki, İsrailli girovların cəsədləri təhvil verilir.
Məlumat üçün bildirək ki, HƏMAS-ın 24 girovun meyitini saxladığı məlum idi. Dünən Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində Həmas sağ qalan 20 israilli əsiri azad edib və dörd israilli girovun cəsədini təhvil verib.
HƏMAS daha 4 israilli girovun cəsədlərinin təhvil verilməsinə bu axşam başlanacağını açıqlayıb.
İsrail ordusu Qırmızı Xaç qruplarının girovların qalıqlarını toplamaq üçün təyin olunmuş yerə yollandığını açıqlayıb.
İsrailin atəşkəs razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etdiyi üçün sabah açılması gözlənilən Rəfah Sərhəd keçid məntəqəsini açmayacağı bildirilib. HƏMAS-ın Qəzzada ölən bütün məhbusların cəsədlərini təhvil verməməsi bəhanə kimi göstərilib.
Günel GÜNTAC