İsrailin Qəzzaya qarşı müharibəsinin 700-ci günü günü tamam oldu

ELAZ.İNFO xəbər verir ki, bu gün İsrailin Qəzzaya qarşı müharibəsinin 700-ci günü günü tamam oldu.

Zəmanəmizin ən müasir silahları və texnologiyası, ən güclü kəşfiyyat xidmətləri ilə təchiz olunmuş İsrail 530 mindən artıq ordu ilə mühasirədə olan, ac-susuz və dərmansız saxlanılan Fələstin müqavimətinə ən ağır üsullar tətbiq etməklə belə 700 gündür qalib gələ bilmir. Bu müasir İsrailin tarixində apardığı ən uzunmüddətli müharibədir.

İsrail dövləti yaradılandan indiyədək min bir zülm görən Fələstin xalqının əzminə, dözümünə, iradəsinə və fədakarlığına heyran olmamaq mümkün deyil!

Arayış:

İndiyədək İsrailin apardığı ən uzun müharibə 598 gün çəkib (30 noyabr 1947 – 20 iyul 1949). Ərəb-İsrail müharibəsi adlanan bu müharibədə İsrail ərəblərə qalib gəldi. Nəticədə 800 mindən artıq fələstinli öz vətənindən qovuldu, BMT-nin Fələstin dövləti üçün ayırdığı ərazinin xeyli hissəsi İsrail tərəfindən işğal edildi.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights