İsrailin də canı yandı

ABŞ-ın tətikçisi olan xəstə ruhlu Netenyahu hökuməti bu sürətlə öz xalqını atəşə atacaq.

Bir atalar sözü deyir ki, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Bəli. Məzlumların ah-naləsi göylərə çatdı. Şişirilmiş, psixopatik təkəbbür. Olduqca özündən razılıq.

On minlərlə qırğınları açıq şəkildə həyata keçirdi və indi də dəli Trampı bu cəhənnəmə sürükləmək istəyir. Çünki İran raketləri Təl-Əvivi tanınmaz hala saldı. Bu dəfə İsrail çox zərər gördü.

İrana gəlincə, o, heç də günahsız deyil. Bu, qapalı, radikal despotik rejimdir. Daxildəki zülm və qadağalar xalqı bezdirib.

Qırx dörd günlük Qarabağ müharibəsində onlara dəstək olmaq istəyənlərə işgəncə verən, onlara qadağa qoyan, Ermənistana böyük yardım edən bədbəxt rejim. Təbii ki, bunları unutmadıq. Sonra bəziləri Mossadda agent kimi fəaliyyət göstərdilər ki, molla rejimi devrilsin.

Axı nə ABŞ-a, nə də İsrailə güvənmək əqrəblə eyni çantaya girmək kimi bir şeydir. İstəyimiz odur ki, Güney Azərbaycanda (Təbriz, Tehran, İsfahan, Urmiya və İran) bütün soydaşlarımız xarici imperial fitnələrə hədəf olmsınlar. Kimliklərini qoruyub saxlasınlar, mədəni hüquqlarını güzəştə getməsinlər.

Tekin YEKEN -Türkiyə

Bizimlə oxuyun
Verified by MonsterInsights