ELAZ.İNFO xəbər verir ki, İsrailin Avroviziyada iştirakına icazə verilməsi ilə bağlı müzakirələr davam edir. Bu yaxınlarda İslandiya İsrailin iştirakına etiraz olaraq müsabiqəni boykot edəcəyini açıqladı. Müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyinin (EBU) üzv dövlətləri, İsrailin Qəzzada 70.000-dən çox fələstinlini öldürməsinə baxmayaraq, İsrailin iştirakını təsdiqləmişdi.
Müsabiqə qaydalarına edilən dəyişikliklər İsrailin iştirakı ilə bağlı səsvermənin qarşısını aldı. Beləliklə, İsrail 2026-cı ilin may ayında Avstriyada keçiriləcək müsabiqədə iştirak edə biləcək.
Məlumat üçün bildirək ki, EBU Baş Assambleyasının İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində səsvermə olmadan iştirak etməsinə icazə vermək qərarından sonra İspaniya, Hollandiya, Sloveniya, İrlandiya və Belçikanın dövlət televiziya şəbəkələri qərara etiraz edərək Avroviziyadan çıxmaq qərarına gəldilər.
Bu yaxınlarda İslandiyanın ictimai yayımçısı RUV, İsrailin iştirakına etiraz olaraq 2026-cı il Avroviziya Mahnı Müsabiqəsini boykot edəcəyini açıqladı.
Onu da qeyd edək ki, İsrail keçən il müsabiqədə ikinci yeri tutan mahnını ədalətsiz şəkildə dəstəkləməkdə ittiham edildi. Yeni qaydalar hökumətlərin və üçüncü tərəflərin səs toplamaq üçün mahnıları açıq şəkildə təbliğ etməsinin qarşısını alır.
Günel GÜNTAC