İsraildə və yəhudi icmaları arasında bu gün oruc tutulur

ELAZ.İNFO xəbər verir ki, “Tişa BeAv” – İsraildə Matəm Günü kimi qeyd edilir.

Tişa BeAv – yəhudi təqviminə əsasən av ayının 9-da qeyd olunan dərin matəm günüdür. Bu gün yəhudi xalqı üçün bir sıra tarixi fəlakətlərin xüsusilə Birinci və İkinci Müqəddəs Məbədlərin dağıdılmasının ildönümü kimi xatırlanır. Həmçinin sürgünlər, soyqırımlar və digər ağır müsibətlər bu günlə əlaqələndirilir.

İsraildə və yəhudi icmaları arasında bu gün oruc tutulur, dua və sükutla anım mərasimləri keçirilir. Sinagoglarda “Ağlama Divarı”nda oxunan matəm duaları və “Eyxə” (Ağılar) kitabının tilavəti ilə xatırlanır.

Tişa BeAv günü tarix boyu xalqın üzləşdiyi iztirabların, vətən həsrətinin və ruhani birliyin simvoluna çevrilib.

Əli İBRAHİMOV

Hüquqşünas, vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights