İsraildə irimiqyaslı yanğınlara görə məsuliyyət daşıyanlar saxlanılıb

Elaz.info xəbər verir ki, İsraildə böyük meşə yanğınlarına səbəb olan yanğınları təşkil etməkdə şübhəli bilinən 18 nəfər həbs edilib.

İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı günü bildirib ki, “Polis yanğın törətməkdə şübhəli bilinən 18 nəfəri saxlayıb, onlardan biri cinayətin törədildiyi yerdə nəzarət altına alınıb”.

“The Times of Israel” Yəhudi Milli Fonduna istinadən yazır ki, çərşənbə günü səhər Qüds ərazisində baş verən kütləvi meşə yanğınları 2000 hektardan çox ərazini məhv edib. Ölkə ərazisinin 13%-ni əhatə edən milli park statusuna malik meşəlik ərazi olan Kanada Parkı demək olar ki, tamamilə yanıb.

Hərbçilərin köməkliyi ilə yanğınsöndürənlər yanğınla mübarizəni davam etdirirlər. Eyni zamanda, meteoroloqlar xəbərdarlıq edirlər ki, cümə axşamı günün ikinci yarısında küləyin güclənəcəyi və bu, yanğının söndürülməsini çətinləşdirə bilər. Yerüstü yanğınsöndürmə və xilasetmə qruplarına ixtisaslaşmış aviasiya kömək edir.

Meteoroloqlar küləklərin güclənəcəyi barədə xəbərdarlıq edirlər ki, bu da vəziyyəti çətinləşdirə bilər.

Fəlakətin miqyasına görə İsrail Xarici İşlər Nazirliyi digər ölkələrdən yardım istəyib.

Məlumat üçün bildirək ki, yanğınlar çərşənbə günü səhər başlayıb və sürətlə yayılıb. Bir şübhəlinin saxlanıldığı bildirilir.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights