ELAZ.İNFO xəbər verir ki, iyunun 30-da İsrailin təhlükəsizlik məmurları İsrailin mərkəzində yerləşən Rənana şəhərində israilli cütlüyün mənzilində axtarış aparıb və onları həbs ediblər.
Bu haqda İsrailin daxili təhlükəsizlik xidməti (Şinbet) məlumat yayıb.
“Axtarış zamanı cütlüklə İslam Respublikasına bağlı agent arasında yazışmaların olduğu güman edilən bir neçə mobil telefon, kompüter və digər elektron qurğular götürülüb”,- məlumatda bildirilib.
Adları açıqlanmayan cütlüyün məhkəmə iclasının bu gün iyulun 1-də keçirilməsi planlaşdırılır.
Aydan ŞƏRBƏTOVA