ELAZ.İNFO xəbər verir ki, iyunun 12-si ərəfəsində İsraildə nəhəng Rusiya bayrağı qaldırılıb
İsraildə iyunun 12-də qeyd olunan Rusiya Günü ərəfəsində nəhəng Rusiya bayrağı qaldırılıb. Bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, açılan bayrağın sahəsi 600 kvadratmetrdən çox olub. Mahnılar, dəyirmi rəqslər və ənənəvi rus yeməkləri ilə müşayiət olunan tədbirdə onlarla insan iştirak edib.
Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi ölkənin “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmədiyini bildirib.
Esmira RƏHİMOVA