İsrail və ABŞ İrana” mənəvi qalib” adını hədiyyə etdi

ABŞ – ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq, İranın ABŞ – ın regionda hərbi bazalarına daxili və xarici imicini qoruyan razılaşdırılmış və əhəmiyyətsiz 14 raket buraxılışından sonra, ABŞ prezidenti Donald Trampın İsrail – İran arasında atəşkəsin əldə olunduğunu deyib. İran mediası da tərəflər arasında atəşkəs razılığının əldə olunduğu haqda məlumat yayıb. Üstəlik, Donald Tramp Yaxın Şərqdəki münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş edib.

İsrail – İran müharibəsi sonluğundan ilkin qənaətə görə, bu müharibədə hər üç tərəf özünü çəkinmədən qalib hesab edə bilər. İsrail başladığı müharibə ilə qarşısına qoyduğu məqsədə yəni, İranın nüvə və ballistik raket proqramına son verilməsinə, ABŞ qlobal güc nümayişinə, İran isə “kiçik və böyük şeytan” qarşısında məğlub olmadığına və “tutarlı”cavablar verdiyinə görə qalibdir xüsusən də, İranda teokratik rejimin və eləcə də Xamenei hakimiyətinin davam edərsə. İsrail və ABŞ İrana” mənəvi qalib” adını hədiyyə etdi. Bu sonluq da onun islam dünyasının təsübkeşliyində liderliyə daha iddialı edir. İranın indi gətirildiyi mövqe isə, son dövrlər islam dünyasında söz sahibi kimi özünü təsdiqləmiş Türkiyə qarşı gücləndirilməsidir.

İlkin məntiqi nəticəyə görə, İsrail – İran müharibəsi əslində Türkiyə qarşı olduğu qənaətini ortaya çıxarır. Heç kəsə sirr deyil ki, indiki İran dövlətinin yaranma səbəbi və məqsədi Türkiyəyə qarşı onun Qərb xristian dünyası tərəfindən dağıdıcı istismarıdır. İsrail – İran müharibəsindən sonra “qalib” çıxmış İran, regionda daha aqresiv siyasət aparacaq. Demək İranın Türkiyəyə və xüsusən də Azərbaycana qarşı düşmən siyasəti daha da kəskin forma alacaq. Nəticə olaraq, İsrail – İran müharibəsi Türkiyə qarşı siyasi, hərbi, strateji hücum planı kimi qiymətləndiirilə bilər.

Vüqar DADAŞOV

Politoloq

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights