ELAZ.İNFO xəbər verir ki, İsrail ordusu 28 dekabrdan bəri İranda davam edən etirazlarla bağlı bəyanat yayıb.
İDF sözçüsü Effie Defrinin X sosial media platformasında dərc etdiyi və həmçinin İDF-nin Türkiyə hesabında paylaşdığı açıqlamada İrandakı vəziyyət və İsrailin mövqeyi ilə bağlı bir çox şayiələrin yayıldığı qeyd edilib və deyilib:
“Əvvəllər də qeyd edildiyi kimi, İDF müdafiə mövqeyindədir və lazım gələrsə, gözlənilməz ssenarilərə qarşı yüksək hazırlıq vəziyyətindədir. İrandakı etirazlar İranın daxili məsələsidir.”
“ŞAYİƏLƏRƏ İNANMAYIN”
Bəyanatda İsrail ordusunun İrandakı hadisələrlə bağlı müntəzəm qiymətləndirmələr aparmağa davam etdiyi vurğulanıb və əlavə edilib:
“Mövqeyimizdə hər hansı bir dəyişiklik olarsa, yeniləmələr verəcəyik. Vurğulamaq istəyirəm: -Şayiələrə inanmayın.”
İlahə BAYINDIR