Effie Defrin: -“Qəzza şəhərinin 40 faizinə nəzarəti ələ keçirmişik”

ELAZ.İNFO xəbər verir ki, İsrailin Qəzzada əməliyyatı davam edir. İsrail ordusunun sözçüsü Effie Defrin Qəzza şəhərinin 40 faizinə nəzarəti ələ keçirdiklərini iddia edib.

İsrail ordusu Qəzzaya hücumlarını davam etdirir.

Ordu sözçüsü Effie Defrin televiziyaya müsahibəsində hər gün onlarla fələstinlinin ölümü ilə nəticələnən hücumlardan danışıb. O, bu hücumların HƏMAS məhv edilənə qədər davam edəcəyini vurğulayıb.

Defrin deyib ki, “Qəzza şəhərinin 40 faizinə nəzarət edirik və əməliyyat önümüzdəki günlərdə genişlənməyə və güclənməyə davam edəcək”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights