ELAZ.İNFO xəbər verir ki, İsrail meşə yanğınları ilə mübarizə edir.
Yanğınsöndürənlər Qüds təpələrində yayılan meşə yanğınlarının qarşısını almaq üçün cümə axşamı gecədən səhərə qədər işləməyə davam ediblər. Səlahiyyətlilər hələ də alova nəzarət edə bilmədiklərini bildiriblər.
İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan kömək istəyib.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar danışıb.
O bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan dəstək istədim.
Aydan ŞƏRBƏTOVA