İsrail İrandakı hədəfləri vurmağı planlaşdırır.

12.05.2025.

ELAZ.İNFO BAKI 12.05.2025

Elaz.info xəbər verir ki,“Yedioth Ahronoth” qəzeti adı açıqlanmayan təhlükəsizlik mənbələrinə istinad edərək İsrailin İrana qarşı hücumlarına “heç bir məhdudiyyət” olmayacağını bildirib.

Xəbərdə, Təl-Əviv rəhbərliyi Husilərin istifadə etdiyi raketlərin İran istehsalı olduğu üçün İranı hədəf almağı planlaşdırdığı qeyd edilib. İsrail Husilərin davam edən hücumlarına qarşı “daha ​​güclü və geniş” şəkildə cavab verəcəyi bildirilir.

Xəbərdə İsrail təhlükəsizlik mənbələrinə istinadən bildirilib ki, Təl-Əviv hazırda İrandakı hədəflərə birbaşa zərbələr endirmək variantlarını dəyərləndirir və Yəməndə raket buraxılış meydançalarına və infrastruktura hücumlarını gücləndirməyi planlaşdırır.

İsrailin müdafiə naziri Yisrael Katz Yəməndən atılan raketdən sonra Husilərə qarşı şiddətli hücumların siqnalını verib.

İsrailin əsas müxalif Gələcək Partiyasının lideri Yair Lapid Netanyahu hökumətini Yəmənə qarşı hücumları genişləndirməyə çağırıb.

Aysun NƏCƏFOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights