İsrail İrana hücum edəcək, bir neçə gün qalıb

ELAZ.İNFO xəbər verir ki,İsrail İrana hücumun astanasındadır, sayılı günlər qalıb.

Bu haqda “Röyters” yazıb.

Nəşr ABŞ-ın İraqdakı diplomatik missiyasının diplomatların təcili təxliyəsinə başladığını vurğulayır. Həmçinin Küveytdən də diplomatların təxliyəsinə hazırlıq getdiyi bildirilib.

Agentlik qeyd edir ki, Böyük Britaniya bütün tankerlərə və digər gəmilərə Fars körfəzindən keçərkən ehtiyat rejimində qalmaları barədə xəbərdarlıq edib.

Məlumata görə, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ağ Evdə yüksək hərbi komandanlığın iştirakı ilə təhlükəsizlik məsələləri ilə bağlı iclas çağırıb.

Aydan ŞƏRBƏTOVA

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights