İsrail dünyadakı səfirliklərinin fəaliyyətini müvəqqəti dayandırır

ELAZ.İNFO xəbər verir ki,İsrail İrana qarşı irimiqyaslı hücumlardan sonra qlobal miqyasda səfirliklərini bağlayıb və konsulluq xidmətlərini dayandırıb.

Vətəndaşlara ayıq-sayıq olmaları və ictimai yerlərdə yəhudi və ya İsrail simvollarını nümayiş etdirməkdən çəkinmələri tövsiyə olunub. Elçiliklərin yenidən açılması üçün heç bir zaman qrafiki verilməyib.

Almaniya kansleri Fridrix Merz Almaniyanın yəhudi ərazilərində təhlükəsizliyi artırdığını, o cümlədən Stokholmun Böyük Sinaqoqunun ətrafında mühafizə qüvvələrinin yerləşdirildiyi bildirilib.

İsrail tərəfinin bu addımı səfirlik və əməkdaşlarını İran tərəfdarlarının terror hücumlarından qoruması üçün atıldığı təxmin edilir.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights