İsrail Baş Qərargahı Suriyaya çoxsaylı təyyarə hücumuna əmr verib

ELAZ.İNFO bildirir ki, İsrail Suriyanın cənubunda himayəsinə götürdüyü druzlara qarşı Colani hakimiyyətinin hərbi müdaxiləsini bəhanə gətirərək, günün günorta çağı (adamların işdə olduğu vaxt) Dəməşqdə Baş Hərbi Qərargahın binasına (video 1) və xəbərdarlıq kimi Prezident sarayının yaxınlığına (video 2) aviazərbələr endirib.

Aydındır ki, bu cəza tədbirinin əsl səbəbi Bakı danışıqlarında Suriyanın İsrailin işğalında olan Colan təpələrini onun ərazisi kimi rəsmi tanımaq istəməməsi olub. Deməli, Suriya oyuncaq hökuməti İsrailin bu tələbini yerinə yetirməyincə aviazərbələr davam edəcək.

Xatırladıram ki, indiki Suriya hökumətinin kuratoru Türkiyədir. Kurator Rusiya olanda İsrail belə həyasızlıq etmirdi, yalnız ara-sıra Suriyadakı İran obyektlərinə zərbələr endirərdi.

Bu hadisə həm də Türkiyənin münaqişəyə cəlb edilməsi üçün ciddi provokasiyadır. Türkiyə bu aqressiyaya adekvat cavab verməsə, regionda nüfuzuna ağır zərbə dəyəcək və Suriyada onunla hesablaşmayacaqlar; cavab versə isə, ola bilər, onun üçün hazırlanmış daha pis tələyə düşəcək.

P.S. Son məlumata görə İsrail Baş Qərargahı Suriyaya çoxsaylı təyyarə hücumuna əmr verib.

P.P.S. İrana aviazərbə endirilməsində İsrail və ABŞ-a kömək etmiş bütün müsəlman ölkələrini gec-tez bu aqibət gözləyir.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun
Verified by MonsterInsights