ELAZ.İNFO, BAKI, 15.05.2025.
Müasir dövr təəssüf ki, bizi öz dünyamızla məhdudlaşdırıb. Biz fərdiləşmişik. Eqoist olmuşuq. Artıq özümüzdən başqa heç kimi düşünmürük. Biz mərhəməti, altruizmi və razılığı unutmuşuq. Biz amansızcasına hər şeyi istehlak edirik. Biz şüursuz olaraq vaxtı, məkanı, malları, sərvəti, təbiəti və ətraf mühiti istehlak edirik. Ömrümüz keçdikcə gəncliyimizi, sağlamlığımızı, sərvətimizi, gələcəyimizi, əlimizdə olan hər şeyi israf edirik. İsraf və israfçılıq bu gün həyatımızın demək olar ki, bütün sahələrini əhatə edib.
İndi hansı israfın izahından başlayaq? İlk çörəkdən başlayaq. Çörək elə bir nemət ki, onun qəlbimizdə xüsusi yeri var.. Bizim mədəniyyətimizdə çörək ən qiymətli və ən hörmətli ruzidir. Bu səbəbdən yerdə çörək qırıntısı görəndə dərhal onu götürüb öpürük,sonra gözümüzün üstünə qoyuruq. Son illər ölkəmizdə çörək israfı çoxalıb. Bu vəziyyət böyük iqtisadi itkidir. Məhz,bilməliyik ki, İsraf ruzi verən Allahın nemətinə qarşı hörmətsizlikdir.
Ali Kamal MABOÇOĞLU -TÜRKİYƏ