Qarabağlıların İspaniyada tanınması və məşhur olması barədə faktlar olsa da, Oruc bəy Bayatın orda imzası bu gün də unudulmur.
Dünya tarixində Don Juan adı ilə tanınan Qarabağın oğuz tayfasından olan Oruc bəy ibn Sultanəli bəy Bayat özü haqqında kitabında yazır
““Mən, Don Juan, Böyük Şahın torpaqlarında, qədim Bayat tayfasından olan zadəgan bir ailədə anadan olmuşam və Təbriz şəhərində böyümüşəm. Atam şahın xidmətində idi. Gənclik illərimdən savad və saray xidməti ilə məşğul olmuşam, nəhayət, xristian hökmdarlarının yanına göndərilən səfir heyətinə daxil edilmək şərəfinə nail oldum.”
Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası, türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub.
1599-cu ildə Səfəvi hökmdarı I Şah Abbasın Osmanlı təhlükəsinə qarşı müttəfiqlər tapmaq üçün Avropanın 8 ölkəsinə göndərdiyi səfarətin və həmin missiyada birinci katib vəzifəsini tutan Oruc bəy Bayat Səfəvi səfirliyinin katibi kimi İspaniyaya gəlmiş və həmişəlik burada qalıbdır.
O, tarixçi, diplomat, etnoqraf , səyyah və s. kimi müxtəlif sahələri özündə birləşdirən universal şəxsiyyət kimi tanınmışdı.
Qeyd edim ki, Don Xuanla bizim Don Juanı səhv salırsınız. Onu da qeyd edək ki, Avropada Don Juan adlı bir çox şəxslər barədə qeydlər var. Don Xuanla bizim Oruc bəyin heç bir əlaqəsi yoxdur və onlar hətta eyni dövrdə belə yaşamamışlar. İspaniyada yaşamış bizim Oruc bəy əsasən yazıçı, şair və rəssam kimi tanınmış və gözəl irs qoyub getmişdir.
Məlumat üçün bildirim ki, Tirso de Molinanın yazdığı “El burlador de Sevilla y convidado de piedra”dır (Sevil aldadıcısı ve daşdan qonaq) əsərinin qəhrəmanı Oruc bəy Bayat olmayıb. Bu əsər əsas etibarilə 1615-ci ildə İspaniyada tapılmış, 1620 və ya 1625-ci ildə isə çap edilmişdir və onun qəhrəmanı don Xuan adlı bir alfons idi..
Onun özü “The History of Don Juan of Persia” kitabında hadisələri ağıllı və təcrübəli bir şahid kimi təsvir edir, yəni gənc deyil, müdrük bir yaşda insan təsəvvürü yaradır və belə insanı don Xuan adlı şəxslə qarışdırmaq düzgün deyil..
Onun həyatını müşahidə etmiş bəzi avropalı əlyazmalarçılar tərəfindən yazılmış qeydlərdə Oruc bəy haqqında yazırlar:
“-O, dini baxımdan ciddi, Səfəvi mədəniyyətinə bağlı, savadlı və nizam-intizamlı biri kimi təsvir olunur.
-Avropaya səfəri zamanı xristian dünyasının həyat tərzinə təəccüblə, amma maraqla baxdığı qeyd edilir.
-O əxlaqi məsələlərə ehtiyatla yanaşır, qadınlardan bəhs edərkən çox ehtiramlı ifadələr işlədir”
Oruc bəy bu adı xristianlığı qəbul edən zaman xaç suyuna salınarkən ona verilən şərəfli ispan ad kimi almışdı, əxlaqi və ya romantik mənada “Don Juan” olmaqla onun heç bir əlaqəsi yoxdur
İngilis tərcüməçisi Guy Le Strange onun haqqında belə yazır:
“O, zadəgan davranışlı, təvazökar, ağıllı və nizamlı bir şəxs idi; məqsədli və imanlı idi, ehtirasın ardınca düşən biri deyildi.”
Oruc bəy xarici diplomat və əcnəbi şəxs olduğundan, onun ölümündən sonra ehtimal edilir ki, İspan krallığı tərəfindən katolik qəbirxanasında və ya monastır ərazisində rəsmi dini mərasimlə basdırılıb.
İspaniyada ilk Qarabağlı olaraq tarixə düşən Oruc bəy Bayat tarixin ən maraqlı adamlarından biri olub..
Prof.Dr. Zaur Aliyev