İRAVAN DA BİZİM İDİ, SEVAN DA

ELAZ.İNFO

İrəvan şəhərinin adı e.ö.lX-Vlll əsrlərə aid Urartu mixiyazılı mətnlərində İreba, yəni İr xalqının ölkəsi kimi yazıya alınmışdır. Ermənilər o sözü İrebaini, İrebuni kimi dərsliklərə daxil etməklə diqqəti azdırırlar. İr və eba Türk sözləri, -uni, -iani sami dillərindən alınma şəkilçilərdir. Tarixi mənbələrdə İr və Er variantlarında adı çəkilən igid oğlan kimdir? Bu barədə Musa Xorenlinin nisbətən az saxtalaşdırılmış köhnə nəşrlərində maraqlı bilgilər var. Musa Xorenli yazır ki, Gegecik Er Semiramın istəkli aşnası idi. Semiram onu Araz çayının şimalında yaşayan xalqlar üzərinə hökmran göndərmişdi. Darıxanda Gegecik Eri sarayına çağırır, yorğan altında xoşbəxt gecələr keçirirdi. Gegecik Er öz hakimiyyətini gücləndirəndən sonra Semirama tabe olmaq istəmədi. Semiram ordusu ilə onun üzərinə yürüdü, döyüşdə sevimli açnasını öldürdü. Ancaq o qədər məyus oldu ki, onun cəsədini qucaqlayıb hönkür-hönkür ağladı. Tanrılara yalvardı ki, sevimli aşnasını diriltsinlər. Əfsanəyə görə Gegecik Er tanrıların hökmü ilə dirilib 12 gün çadır altında Semiramı xoşbəxt eləmiş, sonra yenidən ölmüşdür. Ermənilərin sonralar Karmir blur, yəni qırmızı təpə adlandırdıqları yerdə arxeoloqlar qədim İreba şəhərinin qalıqlarını tapıblar. Mən 70-ci illərdə o təpəni və ətrafını addım-addım gəzmişəm. Ancaq Semiram kimi mənə qaş-göz atan axçiklərə aşiq olub Göyçək Ər kimi onları xoşbəxt eləməmişəm. Öz əsərlərimlə sübuta yetirmişəm ki, Semiram da, Gegecik də, Er də Türk sözləridir. Er ər, igid deməkdir. Gegecik göyçək sözünün arxaik variantıdır. Semiram Tomris adının Aramey formasıdır, temir am, yəni dəmir qadın deməkdir. Paşinyan deyir ki, biz Qarabağdan danışdıqca Azər övladları İrəvandan, Sevandan danışacaqlar. Bizim danışmağımıza ehtiyac yoxdur, Urartu mixayazılı mətnlərində, Musa Xorenlinin kəhnə nəşrlərində və mənim “H”Ayların və Armenlərin mənşəyi” kitabımda bunlar hamısı ilkin mətnlər əsasında sübuta yetirilibdir.

İlhami Cəfərsoy,
Tarixçi Alim.

Bizimlə oxuyun
Verified by MonsterInsights