ELAZ.İNFO xəbər verir ki, müharibədə casusluqla bağlı ittihamlarda vətəndaşlara qarşı rəftarın sərtləşdirilməsi məqsədilə İran hökuməti “casusluq” qanununda dəyişiklik edildiyi bildirilir.
“Mövcud casusluq qanunu ümumidir və bugünkü hadisələrin bir çox nümunələrini əhatə etməyə bilər. Əgər biz İsraillə müharibə zamanı həbs edilmiş insanları casusluq qanununun əvvəlki bəndlərindən istifadə etməklə mühakimə etmək istəsək, süni əngəllərlə qarşılaşacağıq.” – deyə Əsgər Cahangir bildirib.
Cahangir sözünə davam edərək bildirib ki, İslami Şura Məclisi plan təqdim edərək məhkəmə, kəşfiyyat və hərbi hakimiyyət orqanlarına casusları onlara dərs olacaq şəkildə cəzalandırmaq səlahiyyəti verib.
Bildiririk ki,İran bu davranışı ilə insanlığa sığmayacaq məhkəmə qərarları qəbul edib,icra edəcəkdir.
Natəvan BƏYDİLİ