ELAZ.İNFO xəbər verir ki, İran mavi rəngdən çəkinir.Ddövlət səlahiyyətlisi Naziri Seyid Səttar Haşiminin Urmu şəhərinə səfəri zamanı Urmu Bəkari Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində onu Azərbaycan milli geyimi geyinmiş qız qarşılayıb.
Azərbaycanlı qızın paltarının rəngi və üzərində işlənmiş ay-ulduz simvolu Azərbaycan türk xalqının bir çox düşmənlərini qəzəbləndirib.
Belə ki, narkotik qaçaqmalçılığında əli olan, Avropa Birliyinin sanksiyalarına məruz qalan və xarici ölkələrdə İran rejiminin siyasi cinayətlərini həyata keçirən Naci Zindəşti daxil olmaqla Quzey və Güney Azərbaycan türklərinə qarşı düşmən mövqeyi ilə tanınan İran dövlət televiziyası şərhçisi Ehsan Movəhedian və onun kimi şəxslər bu hadisəyə etirazlarını bildiriblər.
Belə ki, adı çəkilən şəxslər özlərinin sosial media hesablarında bunula bağlı paylaşım edərək iradlarını bildiriblər.
N.B