İranın taleyi İraqın, Livanın,Suriyanın taleyinə bənzəyə bilərmi?

ELAZ.İNFO xəbər verir ki, Yaxın qonşumuz olan İranda baş verən hadisələr fonunda bir-birindən maraqlı fikirlər səslənməkdədir. Kimisi İranda rejim altında inildəyən xalqların azadlığa çıxacağını söyləyir, kimisi mövcud hakimiyyətin devriləcəyini iddia edir. Fikirlər və şərhlər bir-birini sürətlə əvəzləyir. Əslində nələr baş verir?

Dünyanın super güclərinin İranda xalqın etiraz dalğasına, ölən və itənlərə qarşı fikirləri, mülahizələri beynəlxalq aləm üçün olduqca maraqlıdır. Bəzi liderlər səssiz hərəkətə keçir, bəziləri isə fikrini açıq-açığına bildirir. Diqqətimi çəkən bir mükaliməni Sizə təqdim edirəm.

Jurnalist ABŞ prezidenti Donald Trampa belə bir sual ünvanlayır:

-“Administrasiyanız İran müxalifət liderləri ilə əlaqə saxlayırmı?”

Donald Tramp:

-“Bəli”-deyərək cavab verir.

Demək İranda baş verən olaylarda birbaşa şəkildə  ABŞ-nin əli var. İranda xalqı kütləvi şəkildə küçələrə səsləyən, kürd döyüşçülərini toplayıb təlimatlandıran, korrupsioner xainləri maliyyələşdirən və silahlandıran məhz hadisələrə rəhbərlik edən müxalifət liderləridir. Və o müxalifət liderləri birbaşa surətdə İrana düşmən ölkə ilə, ABŞ-la təmasdadır. Yaxşı olar ki, yaxın qonşumuzun və burada yaşayan qan, can qardaşlarımızın taleyi İraq, Livan-Suriya sakinlərinin taleyinə oxşamasın. Yadelli və işğalçılar bu xalqın var-dövlətini, təbii sərvətlərini talamasın, xalqın qanı boş yerə axıdılmasın.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights