İranın səfiri Rusiyadan qaz tədarükünə başlamaq istəyini açıqlayıb

ELAZ.İNFO xəbər verir ki, İranın Moskvadakı səfiri ölkənin Rusiyadan qaz tədarükünə başlamaq istəyini açıqlayıb.

-“İran ümid edir ki, Rusiya qazının yaxın vaxtlarda Azərbaycan üzərindən nəqlinə başlanılacaq, “Qazprom”la demək olar ki, bütün məsələlər artıq həll olunub”. -Bunu TASS-a müsahibəsində İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Bu məsələ də həll olunarsa, o zaman hər şey işə düşəcək”, – deyə o, sualı cavablandırıb.

Bundan əvvəl Rusiyanın energetika naziri Sergey Tsivilev Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclası zamanı bildirib ki, Rusiya qazının mövcud infrastruktur vasitəsilə Azərbaycan üzərindən ilk tədarükü 2025-ci ildə başlayacaq, həcmi ildə 1,8 milyard kubmetr təşkil edəcək.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights