21 iyundan 22 iyuna keçən gecə alman-faşist… yox e, neokon-sionist işğalçıları beynəlxalq qanunları pozaraq, suveren ölkənin hava məkanına daxil oldu və İranın Fordo, Natanza və İsfahanda olan 3 əsas nüvə obyektini (şəkil 1) bombaladılar.
“Gecəyarısı çəkici” (Midnight Hammer) adlanan əməliyyat 7 B-2 Spirit təyyarəsi vasitəsilə həyata keçirilib.
Fordo obyektinə 12 GBU-57 bunker bombası,
Natanza və İsfahan obyektlərinə cəmi 30 Tomahawk qanadlı raketi (sualtı qayıqlardan),
Natanza obyektinə əlavə olaraq 2 GBU-57 bunker bombası atılıb.
Təyyarələr Missuri (ABŞ) bazasından qalxaraq, heç yerdə enmədən, havada əlavə yanacaq doldurulmaqla 37 saat fasiləsiz uçmuş və əməliyyat yerinə yetirmişlər. Eyni zamanda 6 B-2 də ABŞ-dan Quam adasına uçmuşdu. Bu uçuş haqda KİV-ə məlumat verilmiş, digər 7 B-2-nin uçuşu gizli saxlanılmışdı. Məqsəd İranın diqqətini yayındırmaq idi. Quamdan İrana 9.200 km-dir, çünki İrana hücum aviatankerdən istifadə etmədən bu adadan ola bilərdi.
– B-2 Spirit (şəkil 2) strateji bombardmançı təyyarədir. Əsasən, nüvə bombardmanı üçün nəzərdə tutulub. Bunker bombaları ağır olduğundan onlar üçün də istifadə edilir.
B-2 Spirit təyyarəsinin texniki xarakteristikaları:
Ekipaj: 2 nəfər
Uzunluğu: 21 m
Qanadları boyu eni: 52,4 m
Hündürlüyü: 5,2 m
Boş kütləsi: 72,6 t
Maksmal uçuş kütləsi: 171 t
Maksmal yanacağın kütləsi: 75,7 t
Maksimal döyüş yükü: 27 t
Daşıya biləcəyi bomba sayı: 2 ədəd GBU-57 (konkret bu hadisə üzrə)
Mühərriki: 4 ikikonturlu turboreaktiv F118-GE-100 mühərrik
Maksimal sürəti: ~1010 km/saat
Uçuş tavanı (yüksəkliyi) 15,2 km
Uçuş məsafəsi: əlavə yanacaq doldurulmadan – 11.100 km, əlavə yanacaq doldurulmaqla – 18.500 km
B-12 stells texnologiyası üzrə hazırlanıb və əksər radiolokasiya stansiyalarında görünmür. İranın HHM sistemlri belə təyyarəni görə bilməzdi. Təkcə ona görə yox ki, stells texnologiyası üzrə azırlanıb, həm də ona görə ki, İran radarları bu yüksəklikdə uçan obyektləri aşkar edə bilmir.
Bu tip təyyarələr və onlardan müdafiə sistemlri dünyada yalnız 3 ölkədə var: ABŞ, Rusiya və Çin.
- GBU-57 (şəkil 3) dünyanın ən güclü bunker bombası sayılır. ABŞ bu bombanı heç bir dövlətə satmır, hətta İsrailə də. Bəzi məlumatlara görə İran bunkerlərinə heç nə edə bilməyən Netanyahu Trampdan bu bombaları istəmiş, lakin imtina cavabı almışdı. Hətta alsaydı da İsrailin onu daşıya biləcək hərbi aviasiyası yoxdur.
GBU-57 bombasının texniki xarakteristikaları:
Uzunluğu: 6,2 m
Diametri: 0,8 m
Kütləsi: 13,6 t
Dalma dərinliyi: bunkerin konstruksiyasından asılı olaraq 30-90 m (qranit düxurlarda daha az olur)
Partladıcı hissəsinin kütləsi: 2,7 t
Tuşlama sistemi: INS (inersiyal naviqasiya) / GPS
Bomba bərk süxurları və dəmir-beton mühafizəni keçərkən ətraf mühit haqqında informasiyanı təhlil edir, boş mühitə düşdükdə partlayıcı maddə detonasiya olur. 2007-ci ildən istehsal olunan və bu müddət ərzində bir neçə dəfə modifikasiya edilmiş GBU-57 real döyüş şəraitində ilk dəfə İranda tətbiq olundu.
– Bombalanmanın nəticələri
Hələlik dəqiq məlumat yoxdur. Amma həm İran mənbələri, həm də BAEA bildirir ki, bombalanan obyektlər ətrafında radiasion fon normaldır. İran rəsmiləri bildirdilər ki, Fordonu bombalanma ehtimalını nəzərə alaraq, xidmət heyəti və zənginləşdrilmiş uran əvvəlcədən oradan çıxarılıb, başqa yerə aparılmışdı. Mən bu sözlərə inanmıram, çünki bu daha çox risk yaradardı:
onun üçün Fordodan etibarlı bunker tapmaq mümkün deyil,
daşınma zamanı sirrin heç yerə çıxmayacağına təminat vermək mümkün deyl (bu zaman əməliyyatda xeyli adam iştirak etməlidir, İran isə Qəb ölkələrinn və İsrailin agenturası ilə doludur),
Fordo obyekti kosmik kəşfiyyatın əsas hədəflərindən biridir, burada hər hansı tərpəniş qeydə alınır və izlənir.
Buna görə də düşünürüəm ki, zənginləşdirilmiş uran ehtiyatı elə Fordoda saxlanır. Bu obyekt o qədər mükəmməl tikilib ki, onu hətta GBU-57 bombası da dağıda bilməz. Belə obyektlər tikilərkən mövcud bunker bombalarının texniki imkanları nəzərə alınır və bir neçə belə bombaya davam gətirə biləcək xarakteristika ilə layihələndirilir. Fordo bunkerinin hansı dərinlikdə yerləşdiyini bir neçə yerli adamdan başqa heç kim bilmir. Onun dərinliyini hətta kosmik skaner vasitəsilə də aşkar etmək olmur. Amerika mütəxəssisləri onun 90 m-dən 500 m-dək dərinikə yerləşdiyini ehtimal edirlər. Fikrimcə, İran bu obyekti tikərkən hətta nüvə zərbəsini də nəzərə alıb.
ABŞ da bunları bilir. Buna görə də ora 12 bomba (!) atıb. Bombaların necə atıldığı sxemini bilmirik, amma ehtimal irəli sürmək olar. Bir bombanın imkanından dərində yerləşən bunkerə çatmaq üçün bir neçə bomba ardıcıl olaraq eyni nöqtəyə salınmalıdır. Mütəxəssislər bunun mümkünlük ehtimalının çox kiçik olduğunu deyirlər. İran da bunun qarşısını almaq üçün bunker ətrafında GPS siqnallarını söndürür. Buna görə də 12 bomba atılıb ki, ehtimal səviyyəsi yüksəlsin. Amma görünür ki, istənilən nəticə əldə olunmayıb.
– İranın reaksiyası necə ola bilər?
Proqnoz vermək çox çətindir. Heç İranda da, yəqin, necə reaksiya vermək barədə vahid fikir yoxdur. Çünki ABŞ hücumu hiylgərcəsinə təşkil edib. ABŞ obyektləri bombalayıb, lakin insan itkisi yoxdur (hər halda belə məlumat verilməyib). İran ABŞ-ın hərbi bazalarına (şəkil 4) raket zərbəsi endirsə, çoxsaylı canlı itki ola bilər. Bu halda ABŞ İranla əsl müharibəyə başlamağa məcbur olacaq. Tramp da, İran da bunu istəmir. Ağ Ev diplomatik kanallarla İrana çatdırıb və rəsmi bəyanatla bildirib ki, bu əməliyyat birdəfəlik kampaniyadır, biz yalnız nüvə obyektlərini ləğv etmək istəyirik, lakin İranda rejimi dəyişmək fikrimiz yoxdur. Yəni eskalasiyanı yüksəltməyn – bu nə sizin, nə də bizim xeyrimizə deyil. Bu yalnız İsrailin xeyrinə olar.
Yaxşı fikirdir, amma ABŞ-ın vədinə inanmaqmı olar?!! Şeytan ABŞ-dan etibarlıdır.
İran ABŞ-ın zərbəsinə cavab verməlidir. Lakin bu emosional reaksiya olmayacaq. O əvvəl hədəf seçəcək, ABŞ-ın mümkün cavab zərbəsini nəzərə alacaq, söz sahibi olan əsas dövlətlərin siyasi dəstəyinə və ya loyallığına nail olmağa çalışacaq və bütün bunlardan sonra cavab zərbəsi vuracaq. Zərbəni ya özü hansısa ABŞ bazasına endirəcək (insan itkisi minimum olsun deyə əvvəlcədən xəbərdarlıq edəcək), ya da husiər ABŞ-ın bir ticarət gəmisini batıracaqlar.
Razılaşma o halda ola bilər ki, ABŞ İsrailə dəstəyi dayandırsın. Tramp buna gedə bilər, çünki indiki vəziyyətdə ona İranla müharibə lazım deyil. Bu müharibə başlayarsa, onun necə bitəcəyindən asılı olmayaraq, Tramp vəzifəsində qala bilməyəcək və ABŞ da, İran kimi ekzistensial ağır zərbə alacaq. Trampın yəhudilər qarşısında da öhdəliyi qalmadı. Formal olaraq o, tələb olunan hər şeyi etdi – dünyanın ən güclü bombalarını İrana atdı. Bundan sonrası atom bombasıdır – bu isə III Dünya müharibəsini başlamaq deməkdir.
Qeyd etdiyim razılaşmaya Çin və Rusiya da dəstək verə bilər. Çünki bu halda ABŞ Orta Şərqdən birdəfəlik çıxır. MAGA-çıların da bir çoxu bunu istəyir. Lakin bu ssenari İsrail üçün ölüm deməkdir. Buna görə də İsrail və beynəlxalq yəhudi lobbisi, həmçinin Britaniya kəşfiyyatı bu ssenarinin reallaşmaması üçün bütün provokasiyalara gedəcəklər.
Qarşıda böyük oyunlar var…
Amma İran ABŞ-ın 2-ci ən dəhşətli “dəyənəyinin” çürük olduğunu göstərdi. Bu hadisə özü ABŞ-ın nüfuzu üçün izsiz keçməyəcək.
Asif ŞƏFƏQQƏTOV