ELAZ.İNFO xəbər verir ki, Əli Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti idea edir ki,əgər Zəngəzur dəhlizi açılarsa İran blokadaya düşə bilər.
O əlavə edib ki, “Zəngəzur dəhlizi İranın quru blokadası deməkdir, buna görə də sərhəddə qoşun yeridərək bu dəhlizin açılmasının qarşısının alınması üçün fəal siyasət həyata keçirdik.İranın düşmənləri, xüsusən də beynəlxalq sionizm və Amerika İranın strateji mədəni dərinliyindən narahatdırlar və həmişə bu kimliyin əsaslarını zəiflədərək milli təhlükəsizliyimizə zərər vurmağa çalışıblar”.
Vilayəti, bildirib ki, “Zəngəzur dəhlizi Amerika və İsrailin irana qarşı növbəti hücum üçün bir vasitə ola bilər. Amerika və İsrail daha böyük geosiyasi layihələrə pərdə kimi “Zəngəzur dəhlizi” kimi planlar həyata keçirirlər. Əsas məqsəd müqavimət oxunu zəiflətmək, İranın Qafqazla əlaqəsini kəsmək, regionun cənubunda quruda İran və Rusiyanı mühasirəyə almaqdır”.
Natəvan BƏYDİLİ