ELAZ.İNFO xəbər verir ki, külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
N.B