İranda Yeni Era: Əli Xameneinin Ölümündən Sonra Ölkəni Kimlər İdarə Edəcək?

ELAZ.İNFO xəbər verir ki, Yaxın Şərqin siyasi xəritəsini sarsıdan xəbər təsdiqləndi. İranın rəsmi dövlət agentliyi olan IRNA-ya istinadən xəbər verir ki, ali rəhbər ayətullah Əli Xameneinin vəfatından sonra ölkənin idarəçiliyi müvəqqəti olaraq xüsusi şuraya keçib. İslam Respublikasında hakimiyyət boşluğunun yaranmaması üçün keçid dövrü elan edilib. Məlumata görə, İranın idarəçiliyi hazırda üç əsas simadan ibarət müvəqqəti rəhbərliyə həvalə olunub: Məsud Pezeşkian – İran İslam Respublikasının prezidenti; Məhkəmə Hakimiyyətinin rəhbəri; Konstitusiya Keşikçiləri Şurasının üzvü.

Bu şəxslər ali rəhbərin səlahiyyətlərini keçid dövrü ərzində icra edəcəklər. Lakin rəsmi Tehran hələlik bu dövrün nə qədər çəkəcəyi və bu “üçlüyün” səlahiyyət çərçivələrinin tam olaraq nədən ibarət olduğu barədə detalları gizli saxlayır. Ayətullah Əli Xameneinin ölümü təkcə İran daxilində deyil, bütün dünyada geosiyasi balanslara təsir edəcək bir hadisədir. Tehrandakı siyasi dairələr hazırda yeni liderin seçilməsi prosesinə hazırlaşır, lakin bu keçid müddətində ölkənin daxili və xarici siyasətində hansı kəskin addımların atılacağı böyük sual doğurur.

Xatırladaq ki, Əli Xamenei onilliklər boyu İranın həm dini, həm də siyasi simvolu olub. Onun gedişi regionda güc balansının yenidən qurulması deməkdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights