ELAZ.İNFO xəbər verir ki,İki həftədən çoxdur ABŞ və İsrail İrana hava zərbələri endirir.
ölkədə milyonlarla insan evindən didərgin düşüb. Qonşu ölkələr isə mümkün qaçqın axınının humanitar böhran yarada biləcəyindən narahatdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bildirib ki, regionda potensial humanitar ehtiyaclara hazırlaşır, 3.2 milyon insan İran daxilində məcburi köçkünə çevrilib, çoxu Tehrandan qaçır. Martın 13-də Tehran münaqişənin ən ağır bombardmanına məruz qalıb.
Ermənistanla sərhəddə İrandan çıxanların dediyinə görə, hakimiyyət yalnız əcnəbilərə və ikili vətəndaşlığı olanlara çıxmağa icazə verir.
Aydan