ELAZ.İNFO xəbər verir ki, İranda hər il 120 mindən çox insan qidalanma çatışmazlığı səbəbindən həyatını itirir.
Bu İran Səhiyyə Nazirliyinin hesabatında bildirilib.
Nazirliyin hesabatına əsasən, İranda illik ölümlərin təxminən 30 faizi birbaşa qida çatışmazlığı və qidalanma pozuntusu ilə əlaqədardır.
Bununla eyni vaxtda İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Seyydi Hadi Musəvi Nik də ölkədə yoxsul vətəndaşların sayı haqda açıqlama verib.
Onun sözlərinə görə, İranda təxminən 26 milyon insan mütləq yoxsulluq həddində yaşayır, bu da dünya üzrə orta göstəricisindən yüksəkdir.
“Onlardan 4 milyonunun gəliri isə gündəlik qida tələbatlarını təmin etməyə kifayət etmir”,- Musəvi Nik bildirib.
EMİN AZƏRİ Ərdəbil