ELAZ.İNFO xəbər verir ki, 2025-ci ilin sonlarında Tehranın Böyük Bazarında başlayan və ölkə daxilində yayılan, rejimi sarsıdan etirazlar səngisə də, ölənlərin sayı artmaqda davam edir.
HRANA etirazlarda ölənlərin sayının 5848-ə çatdığını açıqladı. HRANA-nın məlumatına görə, ölənlərdən 209-u təhlükəsizlik işçisi olub.
Minlərlə ölüm faktını təsdiqləməyə çalışan agentlik həmçinin 41283 nəfərin hələ də həbsdə olduğunu bildirir.
Günel GÜNTAC