İranda nədəni bilinməyən partlayışlar davam edir

ELAZ.İNFO xəbər verir ki,İranda müəmmalı partlayış və yanğınların davamında ötən gün İranın Mazandaran əyalətinin Babol şəhərinin sənaye şəhərciyində güclü partlayış və yanğın olub.

Bu haqda yerli media məlumat yayıb ki,hadisə qaz sayğaclarının istehsal edildiyi müəssisədə baş verib.

Partlayış və yanğın nəticəsində adı çəkilən müəssisə və onun yaxınlığında olan daha iki istehsalat müəssisəsinin 90% məhv olduğu bildrilib. 

Qeyd edək ki, son günlər İranın müxtəlif bölgələrində müəmmalı partlayış və yanğınlar baş verir.

Emin AZƏRİ Ərdəbil

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights