İranda həyəcan siqnalı: -Hava məkanı bağlıdır

İranda etirazlar 18-ci gününə qədəm qoyduqca, ABŞ-ın müdaxiləsi ilə bağlı iddialar fonunda gərginlik artmaqda davam edir.

ELAZ.İNFO xəbər verir ki, Polşa, İtaliya və Almaniya vətəndaşlarını ölkəni tərk etməyə çağırsa da, İran hakimiyyəti NOTAM (Hərbi Hava Qüvvələrinə Bildiriş) xəbərdarlığı verib.

Buna görə, hava məkanı əvvəlcədən xüsusi icazəsi olanlar istisna olmaqla, Tehrana enən və gedən bütün uçuşlar üçün müvəqqəti olaraq bağlıdır.

Daha sonra Tehran administrasiyası ikinci NOTAM verib. Buna görə, ölkənin hava məkanı yerli vaxtla saat 06:30-a qədər bağlı qalacaq.

Ölkədə gərginlik davam etsə də, ABŞ-ın İrana qarşı mümkün əməliyyatı ilə bağlı yeni iddialar ortaya çıxmağa davam edir.

ABŞ mediası hücumun 24 saat ərzində baş verə biləcəyini irəli sürür. ABŞ Mərkəzi Komandanlığı USS Ruzvelt hərbi gəmisinin Qırmızı dənizdə olduğunu açıqlayıb.

New York Times qəzetinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi prezident Donald Trampa İrana qarşı hücum variantlarını təqdim edib. Rəsmilərin sözlərinə görə, İranın nüvə proqramını və ballistik raket qurğularını hədəf almaq da gündəmdədir və hücumun yaxın günlərdə başlaması gözlənilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights