ELAZ.İNFO İranın rəsmi IRNA agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikası misli görünməmiş hərbi böhranla üz-üzədir. ölkənin hərbi iyerarxiyasının zirvəsi məhv edilib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvinin öldüyü rəsmən təsdiqlənib. Faciənin miqyası bununla da məhdudlaşmır. Agentliyin məlumatına görə, ölənlər arasında yalnız Baş Qərargah rəisi deyil, həm də strateji əhəmiyyətli şəxslər var. Müdafiə Naziri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı, Müdafiə Şurasının Katibi. Ali rəhbər Əli Xameneinin vəfatından cəmi bir neçə gün sonra hərbi rəhbərliyin belə bir şəkildə aradan qaldırılması İran dövlətçiliyinə vurulan ən böyük zərbə kimi qiymətləndirilir. Mütəxəssislər bu hadisəni ölkədə idarəetmənin tamamilə iflic olması və regionda güc balansının kəskin şəkildə dəyişməsi kimi dəyərləndirirlər.
Hazırda Tehran rəhbərliyinin bu böhrandan necə çıxacağı və hərbi strukturların kimlər tərəfindən yenidən formalaşdırılacağı böyük sual altındadır.
Ruslan MƏMMƏDOV