ELAZ.İNFO xəbər verir ki, İranın 20 əyalətində dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün sabah bağlanacaq.
Fars Xəbər Agentliyinin məlumatına görə, ölkəyə və enerji istehlakına təsir edən yüksək temperaturun qarşısını almaq üçün avqustun 6-da aşağıdakı vilayətlərdə dövlət müəssisələri bağlanacaq:
Tehran, Fars, Ərdəbil, Kohquliya-Alıcı Əhməd, Gülistan, Rəzəvi Xorasan, Çaharməhal-Bəxtiyari, Buşehr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əl-Borz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Semnan, İlam, Qum və Gilan.
GÜNDƏLİK 2 SAAT ELEKTRİK KESİLİR
İranda havaların istiləşməsi ilə enerjiyə qənaət tətbiqləri artıb.
Paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik kəsilməsi tətbiq edilib.
İsti havalarda kondisionerlərin işə düşməsi səbəbindən enerji tələbatının pik həddə çatdığı bu günlərdə səlahiyyətlilər tez-tez əhalini resurslardan qənaətlə istifadə etməyə çağırır.
Günel GÜNTAC