ELAZ.İNFO xəbər verir ki,Tehranın Vəramin bölgəsinin Qərçək həbsxanasında saxlanılan Süməyyə Rəşidi adlı gənc qadın məhbus həyatını itirib.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
“Bundan əvvəl həbsxanadakı ağır şərayitə görə xəstələnən Süməyyə Rəşidi, həbsxana rəhbərliyinə müraciət etsə də, onun müayinə və müalicəsinə icazə verilməyib. Həbsxananın tibb məntəqəsindən ona yalnız ağrıkəsici dərman verilib. Sentyabrın 16-da isə Süməyyədə qıcolma və əzələ ağrıları başlayandan, huşunu itirəndən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”,- məlumatda bildirilib.
Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü təhlükəsizlik qurumunun sifarişi əsasında onun öldürüldüyünü bildirib, buna görə həbsxana rəhbərliyini günahlandırıblar.
Emin Azəri Ərdəbil