İrana zərbələr dünyaya güclü mesaj oldu

ELAZ.İNFO xəbər verir ki, Tramp Nazirlər Kabinetinin iyulun səkkizində keçirilən iclasında bildirib ki,İranda  nüvə obyektini hədəf alan hərbi əməliyyat dünyaya güclü mesaj idi.

“Bizim düşmənlərimiz izləyirdi. Onlar bunun hər dəqiqəsini izləyirdilər. Bu, uzun müddətdir görmədiyimiz mükəmməl hərbi performans idi.” – deyə Tramp bildirib.

Müdafiə naziri Pit Heqset qeyd edib ki, “Bununla biz dünya səhnəsində Amerikanın gücünü göstərmiş olduq. Bundan payını alan təkcə Fordo, Natanz və İsfahan deyil, bütün dünyaya mesaj verildi.”

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights