İrana BMT sanksiyalarının yenidən tətbiqi müzakirə ediləcək

ELAZ.İNFO xəbər verir ki, “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri İrana qarşı BMT sanksiyalarının yenidən tətbiqi məsələsi ilə bağlı rəsmi Tehranla danışıqlar keçirməyi planlaşdırırlar.

 Fransa, Britaniya və Almaniyanın xarici işlər nazirləri bu gün iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı keçirəcəklər. Söhbət zamanı tərəflər BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı qərarlarının təxirə salınması üçün daha əvvəl Tehrana irəli sürülən şərtləri müzakirə etmək niyyətindədirlər.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights