İran yaxşı informasiya müharibəsi aparır

ELAZ.İNFO xəbər verir ki, İranın Tasnim xəbər agentliyinin ivrit dilində yayımlanan 10 mart tarixli məlumatına görə, ivritdilli mənbələrdə İsrail Baş nazirinin ölümü və ya yaralanması ilə bağlı getdikcə daha çox fərziyyələr irəli sürülür. Bu fərziyyələrin yaranmasına əsas verən amillər aşağıdakılardır:

-Netanyahunun şəxsi kanalında son videonun dərc olunmasından, təxminən, 3 gün, son fotolarının dərc olunmasından isə, təxminən, 4 gün keçib. O vaxtdan sonra Netanyahu yalnız mətn formatında açıqlamalar verib.

-Son videonun dərc olunmasından əvvəl Netanyahu, adətən, gündə ən azı 1, bəzən isə 3 video paylaşırdı. Lakin son 3 gündə bir videonun da olmaması fərziyyələri gücləndirib.

-Bir neçə ivritdilli mənbə bildirib ki, 8 martda Netanyahunun evi ətrafında təhlükəsizlik tədbirləri, xüsusən də mümkün kamikadze-dronlardan mühafizə sistemi gücləndirilib.

-Cared Kuşner və Stiv Uitkoffun 10 martda İsrailə planlaşdırılan səfərinin ləğv edilməsinin bu vəziyyətlə əlaqəli olduğu bildirilir.

-Makron və Netanyahu arasında telefon danışığı barədə Yelisey Sarayının yaydığı məlumatda danışığın tarixi göstərilməyib və söhbətin mətni dərc edilib.

Netanyahunun öldüyü və ya yaralandığını demək üçün etibarlı mənbə yoxdur, amma İran fürsətdən istifadə edib, yaxşı informasiya müharibəsi aparır.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights