ELAZ.İNFO xəbər verir ki, Tasnim Xəbər Agentliyinin adı açıqlanmayan diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, İran və üç Avropa ölkəsi danışıqlar əsasında razılığa gəliblər, lakin vaxt və məkanla bağlı məsləhətləşmələr davam edir.
İran dövlət televiziyası İran və Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini təsdiqləyib.
Bekayi açıqlamasında bildirib ki, İran Avropa ölkələrinin tələbi ilə 2015-ci il nüvə sazişinin iştirakçısı olan üç Avropa ölkəsinin nümayəndələri ilə danışıqların yeni mərhələsini keçirməyə razılaşıb.
İran sözçüsü deyib:
-“Danışıqlar cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində (İran xarici işlər nazirlərinin müavinləri) Məcid Təhravançi və Kazım Qəribabadinin iştirakı ilə keçiriləcək”.
İlahə BAYINDIR