İran təhlükəsizlik təhdididir


ELAZ.İNFO, BAKI, 21.05.2025.
ELAZ.İNFO xəbər verir ki, İslam Respublikası təhlükəsizliyə təhdidir, 2023-cü il Milli Təhlükəsizlik Aktı çərçivəsində üç İran vətəndaşı həbs olunub və onlara qarşı ittiham irəli sürülüb.
Bunu Britaniyanın daxili işlər naziri İvet Kuper verdiyi rəsmi bəyanatda deyib.
“İran rejimi bizim daxili təhlükəsizliyimiz üçün qəbuledilməz təhdid yaradır və Tehranın bu cür davranışlarına icazə verilməyəcək”,- nazir bildirib.
İcmalar Palatasına verdiyi rəsmi bəyanatda Kuper vurğulayıb ki, Britaniya hökuməti İranı iyulun 1-dən qüvvəyə minəcək yüksək səviyyəli “xarici təsir rejimi”nə tabe olan ölkələr siyahısına əlavə edib.

Natəvan BƏYDİLİ

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights