Iran prezidenti köhnə helkopterdə gəzirmiş

ELAZ.İNFO, BAKI, 19.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Bu gün İran prezidenti İbrahim Rəisi də daxil olmaqla 9 nəfər məsul vəzifəli şəxsi daşıyan Bell212 helkopter qəzasından 1 il ötür. 9 nəfər rəhbər şəxsin ölümünə səbəb olmuş qəzaya dair pis hava şəraitindən başqa rəsmi fərziyyə irəli sürülməmişdir. Maraqlı odur ki, həmin helkopterin istehsalı ABŞ-da 1971-ci ildə dayandırılmış, sonuncusu isə 2014-cü ildə ABŞ hərbi piyada  qoşunlarında istismardan çıxarılmışdır. İran isə dünyada texnoloji yenilikləri ilə öyünməsinə baxmayaraq prezidentini belə köhnə helkopterlə daşımışdır. Həmçinin müşayiət edən digər iki  helkopter prezident helkopterinin ortada yoxa çıxaraq qəza keçirməsini görməmişdir.

Maraqlıdır deyilmi…

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights