ELAZ.İNFO xəbər verir ki, 21 martda Tramp Hörmüz boğazını açmaq üçün İranın 48 saatlıq ultimatum vermişdi. Əks halda İranın bütün elektrik stansiyalarını məhv edəcəyini bildirmişdi. Buna cavab olaraq İran bəyan etmişdi ki, Tramp dediyini etsə, İran Körfəz ölkələrinin həyati kritik obyektlərini (suyun duzsuzlaşdırılması qurğuları, elektrik stansiyaları, neft-qaz emalı və kimya zavodları və s.) məhv edəcək. Ultimatum müddətinin tamamlanmasına bir neçə saat qalmış Tramp “danışıqlar gedir” bəhanəsilə onun müddətini 5 gün, sonra daha 10 gün artırdı. Beləliklə, ultimatumun müddəti 6 apreldə bitməlidir.
Amma Körfəz ölkələrinin təhlükəsizliyinə görə ABŞ öhdəlik götürüb, İsrailin belə öhdəliyi yoxdur. Dünən İsrail İranın bir neçə iri elektrostansiyasına endirdi, İranın bəzi regionları elektriksiz qaldı. Yəqin ki, zərbə ABŞ-la razılaşdırılmışdı, məqsəd İranın qətiyyətini yoxlamaq ola bilərdi. İran dediklərini etməsəydi, növbəti gün başqa stansiyalarına zərbələr endirilə bilərdi.
Bu hadisədən bir neçə saat sonra İran Küveytin ən böyük duzsuzlaşdırma kompleksinə raket zərbəsi endirdi (şəkillərdə, qırmızı ilə yanğın zonası göstərilib). Bu kompleksdə 2,4 GVt-lıq elektrostansiya və sutkada ~400 min m3 su (təxminən, Mingəçevir su anbarının tutumu qədər) duzsuzlaşdıran stansiyadan ibarətdir. Bu stansiya Küveytin şirin su tələbatının 1/3-ni təmin edir. Küveyt şirin su tələbatının 90%-ni duzsuzlaşdırma qurğuları vasitəsilə əldə edir. Ölkənin elektroenergetika nazirliyinin məlumatına görə həm elektrik, həm də duzsuzlaşdırma stansiyası zərbəyə məruz qalıb.
Digər zərbəni İran İsrailin Neqev səhrasında Beer-Şeva şəhərindən ~12 km cənubda yerləşən Neot-Hovav kimya kompleksinə endirdi (videolar). Bundan əlavə BƏƏ-nin Əl-Tauile alüminium zavodu və Bəhreynin əsas neft emalı zavodu (sutkalıq emal gücü 400 min barel) raket-dron zərbələrinə məruz qalıblar.
Göründüyü kimi, Trampın arxasını öpmək şeyxlərin varidatını xilas etmir. Bəlkə hava məkanını İsrail və ABŞ təyyarələrinə bağlamağı sınasınlar?
P.S. İran bəyan edib ki, Küveytin duzsuzlaşdırma stansiyasına zərbəni o endirməyib.
Asif ŞƏFƏQQƏTOV