ELAZ.İNFO xəbər verir ki, İran Dövlət Televiziyası İsraildən götürülmüş sənədləri və fotoşəkilləri araşdıran “Hörümçəyin gizli xəzinəsi” adlı sənədli film yayımlayıb.
Sənədli filmdə İsrailin gizli nüvə fəaliyyətləri ilə bağlı strateji və həssas məlumatlar, o cümlədən silah layihələrinin geniş arxivi və bu layihələrdə iştirak edən tədqiqatçıların, alimlərin, yüksək səviyyəli ABŞ və Avropa rəsmilərinin adları açıqlanır.
İran Dövlət Televiziyası İsraildən götürülmüş sənədlər və fotoşəkilləri əks etdirən “Hörümçəyin gizli xəzinəsi” adlı sənədli film yayımlayıb. Sənədli filmdə İsrailin gizli nüvə fəaliyyətləri ilə bağlı strateji və həssas məlumatlar, eləcə də silah layihələrinin geniş arxivi və bu layihələrdə iştirak edən tədqiqatçıların, alimlərin, yüksək səviyyəli ABŞ və Avropa rəsmilərinin adları açıqlanır.
Kadrlarda həmçinin ABŞ və Avropanın İsrailin nüvə silahı inkişaf proqramına dəstəyini və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossinin İsraillə əməkdaşlığını nümayiş etdirən sənədlər də var.
Sənədli filmdə Qrossinin şəxsi fotoşəkilləri ilə yanaşı, İran kəşfiyyatçısının İsrail daxilində çəkdiyi videoyazılar və İsrailin müdafiə naziri İsrael Katsa məxsus olduğu iddia edilən evin təsviri də var.
Günel GÜNTAC