Nəticə çıxartmaq üçün hələ çox tezdir. “Müharibə dumanı” – tərəflərin təbliğat maşını əslində nələrin baş verdiyini dəqiq bilməyə imkan vermir. İsrail bu hücuma, özünün dediyi kimi, 8 aydan çox hazırlaşıb. Müasir müharibənin ayrılmaz komponenti informasiya məkanını ələ keçirməkdir. İsrail və müttəfiqlərinin isə buna hazırlaşmaq üçün kifayət qədər vaxtı olub.
13 iyun gecəsi İsrail çox yaxşı hazırlanmış diversiya və terror əməliyyatları həyata keçirtdi. Əməliyyatların nəticələrini qısa təhlil edək.
Nələri əminliklə demək olar?
-İsrail İran silahlı qüvvələrinin və nüvə proqramının 20-yə yaxın liderini və ailə üzvlərini öldürdü.-İsrail İranın HHM və raket buraxma sistemlərinin bir hissəsini partlatdı.
– Kiberhücum sayəsində İsrail İranın elektron kəşfiyyat (radiolokasiya) sistemlərini sıradan çıxartdı.
-Əməliyyatlar İran ərazisində əvvəlcədən müxtəlif yerlərdə (hücum hədəflərinin yaxınlığında) avtomobillərdə yerləşdirilmiş dronlar, PUA-lar və kiçik qabaritli raketlər vasitəsilə həyata keçirildi. Çox gwman ki, onlar hamısı İran xaricindən idarə edilirdi.- İsrail İranın bir çox strateji obyektinə raket zərbələri endirildi.
Nələri əminliklə demək olmaz?
İsrailin 200-dən çox təyyarə ilə hücum etməsi. Bu inandırıcı deyil. Çünki İran bu saya uyğun ziyan görmədi. Həm də indiyədək nə İsrail təyyarələrindən raket atışını əks etdirən video görmüşəm (məntiqlə onlar təbliğat məqsədilə bunu çəkməli idilər), nə də İran tərəfindən belə təyyarənin və ya onun raket zərbəsinin videogörüntüsü yayımlanıb. Təyyarə hücumu olubsa da onlar az sayda olub və İran səmasına daxil olmayıblar.
İsrailin İranın ballistik raketlərinin xeyli hissəsini məhv etməsi. İnandırıcı deyil. Ona görə ki, əvvəla, bu raketlər bunkerlərdə saxlanılır və onları nə təyyarədən atılan raketlər, nə də dronlarla dağıtmaq mümkün deyil. İkincisi də, belə bir hadisənin baş verdiyini təsdiq edən foto və videomateriala rast gəlməmişəm. Sursat, o cümlədən raket anbarlarının partlayışını başqa partlayışlarla qarışdırmaq mümkün deyil. Sursat anbarı partlayanda təkrar detonasiya baş verir və çoxsaylı partlayışlar olur, partlayan sursatlar xaotik şəkildə müxtəlif istiqamətlərə sıçrayırlar.
İranın əsas nüvə obyektlərinin dağıdılması. Bu mümkün deyil. İranın əsas nüvə aktivləri (sentrifuqalar və s.) belə zərbələrdən heç bir zərər görə bilməz. Onlar yerin altında 90 metrdən də çox dərinlikdə tikilən bunkerlərdə fəaliyyət gösrərirlər. İsrail hətta ən güclü bunker bombası ilə də onu dağıda bilməz – dünyanın ən güclü antibunker bombası 70 metr dərinliyədək nüfuz edə bilir. İran bunkerləri yalnız nüvə bombası ilə dağıdıla bilər.
Bəs İranın ilk 6-7 saatlıq çaşqınlığnın səbəbi nə idi?
Həm İsrailin hücumu, həm də onun həyata keçirilmə mexanizmi İran üçün gözlənilməz oldu. İran təyyarə hücumuna hazırlaşmışdı.
İran silahlı qüvvələri başsız qalmışdı. Bu dərhal cavab əməliyyatı hazırlamağa mane oldu.
Kiberhücumun fəsadlarını aradan qaldırmaq və HHM sistemlərini yenidən qurmaq üçün İran 8 saat vaxt itirdi.
İran bir çox raket burxma qurğularını itirmişdi. Yenilərini buraxılış məntəqəsinə gətirmək, onlara mövqe seçmək və hədəf müəyyən etmək vaxt tələb etdi.
Bu məlumatlardan hansı nəticələri çıxartmaq olar?
Asif ŞƏFƏQQƏTOV