İran hökumətinin uran ehtiyatını zənginləşdirmək üçün hələ də imkanları var

ELAZ.İNFO xəbər verir ki, İsrailli 12 günlük müharibədən sonra da Iran İslam Respublikası  nüvə silahı proqramını davam etmək  qabiliyyətini itirməyib.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi deyib.

Qrossinin sözlərinə görə, İran hökumətinin uran ehtiyatını zənginləşdirmək üçün hələ də imkanları var. 

“Görünür, onlar bu materialların hələ də növbəti hücumların hədəfi ola biləcəyini düşündükləri üçün nüvə ehtiyatlarını ciddi qoruyurlar”.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights