ELAZ.İNFO xəbər verir ki, sentyabrın 23-ü axşam saatlarında xaricdə yaşayan mühacir iranlılar Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının keçirilməsi ilə eyni vaxtda izdihamlı mitinq keçiriblər.
Minlərlə insanın iştirak etdiyi mitinq, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binası yaxınlığında baş tutub.
Aksiyanın əsas təşəbbüsçüsü İran Müqavimət Şurası və İran Xalq Mücahidləri Təşkilatı olub.
İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi və tərəfdarlarının aksiyaya qoşulmaması diqqət çəkib.
Emin Azəri Ərdəbil