İran hadisələri haqqında düşüncələr

ELAZ.İNFO


ABŞ, İsrail, İran arasında olan müharibə kimə maraqlıdır? ABŞ və İsrail bu müharibəni nəyə görə başlayıb? Sözsüz ki, bu müharibə də Rusiya Ukrayna müharibəsi kimi dünyada aparılan geosiyasi müharibənin tərkib hissəsidir. Bu gün dünyada beynəlxalq qanunlar işləmədiyi üçün güc qanunları fəal işləməkdədir. Bu müharibələr, ziddiyyətlər, gərgin münasibətlər yeni dünya nizamının qurulması prosesidir. Bu proses güclər balansı düzələnə qədər, tarazlaşana və ya bir tərəfin tam qələbəsi olana qədər davam edəcək. Bu baş verməsə kiçik fasilələrlə müharibələr müxtəlif formalarda davam edəcək.

Dünyanın ən böyük güc mərkəzi olan ABŞ, İngiltərə, qərb rəqibi Rusiyanı zəiflətmək, yox etmək üçün onu Ukrayna müharibəsinə salıb. Rusiya öz strateji diplomatiyası ilə Çinlə və İranla müttəfiq olub və ona görə də ABŞ-ın sanksiyalarından və Ukrayna müharibəsində tam zəifləməsidən özünü hələ ki, qoruya bilir. ABŞ İranı Rusiyadan ayırmaq, İranın nüvə silahını yaratmasına mane olmaq üçün və İranı yenə də öz təsiri altına almaq üçün İrana hücumu reallaşdırdı. İranı yenə də öz təsir zonasına salmaqla Rusiyaya və Çinə təsirini gücləndirir. Körfəzə və İran neftinə nəzarət etmək, ABŞ-ı daha da gücləndirəcək. Buna görə də İranın “ABŞ-a ölüm, İsrailə ölüm” şüarları və Nüvə silahının yaratmasının qarşısını almaq və İranda hüquqları pozulan insanları qorumaq, ABŞ-ın, İsrailin İrana qarşı müharibəyə başlaması üçün yaxşı bəhanə olub. İranda müharibə uzandıqca, Rusiyanın Ukraynada düşdüyü müharibə tələsinə, ABŞ, İsrail İranda düşə bilər. Həm də Dünya neftinin 20% nin daşındığı görfəz bağlanarsa bu dünyada teftin qiymətini artırar və dünyada iqtisdi böhrana səbəb ola bilər. Buna görə də bu müharibənin uzanması heç kimə sərf etməyəcək.
Müharibənin ilk günlərində ABŞ-a İranda “İslam” respublika quruluşunu dəyişmək fikrinin də olması mümkün görünürdü. Lakin görünür ki, müharibə gedişində bunun hələ mümkün olmadığı qənaitinə gəlib. Buna görə də kimlərlə işləməyin mümkün olacağı və hətta yeni Ali dini rəhbər görmək istədiyi şəxslərin adlarını da çəkmkişdir. O hətta Sabiq prezident Məhəmməd Hatəminin və Həsən Ruhaninin Ali dini rəhbər olmasının mümkün olması mesajını da verib. Bu o deməkdir ki, bu gün ABŞ-a İranda mövcud rejimin dəyişməsi lazım deyil. Ona İran dövltinin müstəqil və azad, İran xalqlarının hüquqlarının bərpası da lazım deyil. Bu gün ABŞ, İsrailin məqsədi, İranda daha islahatcı şəxsin, qərbə, ABŞ uyğun şəxslərin hakimiyyətə gəlməsidir.
İran Fars dövlətini yaradan və illərlə müdafiə edən İngiltərə, qərb, ABŞ, bu gün onun daha təhlükəli bir rəqibə çevrilməsindən ehtiyat edir. İran fars dövlətinin, ABŞ-a qərbə qarşı çıxmasında Rusiyanın ABŞ, İngiltərə üzərində geosiyasi qələbəsidir. Rusiya özünü qorumaq üçün İranı həm siyasətilə, həm də müxtəlif yardımları ilə daim gücləndirib və onu əsas rəqibinə qarşı qoya bilib. Bu vəziyyət Rusiyanın qələbəsidir. Amma ABŞ nəhıng gücə malikdir. Bu müharibədə də olmasa, növbəti qarşıdurmada İran məğlub oacaq.
Yeni seçilən ali dini rəhbər, atası Əli xomeyini kimi mühafizəkar siyasət apardığı üçün Sepah onun namizədliyini dəstəklədi. Sözsüz ki, ABŞ bununla razı olmayacaq. Ola bilsin ki, bu müharibə dayaansın. Amma müharibənin yenidən başlanması qaşılmaz olacaq. Çünki amansız geosiyasi müharibədə nə güclərin balansı yaranıb, nə də hər hansı bir tərəf tam məğlub olub.
Azərbaycan Respublikasının bu müharibədə qətiyyən marağı yoxdur! Bizim marağımız odur ki, Azərbaycan xalqı İranla müttəfiq olsun. İran əhalisinin 52% Azərbaycan Türkləridir. Ona görə də bu ölkəyə heç vaxt düşmən ola bilmirik. Sadəcə bu ölkədə olan Azərbaycan Türkləri öz ana dilində təhsil almasını, tam hüquqlarının, azadlıqlarının bərpa olmasını istəyirik. Azərbaycan xalqı, Qacarlar dövlətinin hökmdarı Ağaməhəmməd şah Qacara sui-qəst edəndə uduzub, 1800 cü ildən 1925 çi ilə qədər ölkə farslaşdırılanda uduzub, mehtər işləmiş Rzanı “şah” edəndə uduzmuşuq, Ölkəni “İslam” respublikası edəndə və xalqımızın son 100 ildə beş dəfə azadlıq hərəkatı qan içində boğulanda uduzmuşuq! Daha uduzmağa haqqımız yoxdur! Dövlətimizin ətrafında sıx birləşməliyik! İranla daha yaxın müttəfiq olmağı bacarmalıyıq!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights