İran dağıla bilər

ELAZ.İNFO xəbər verir ki, “Ana Vətən” partiyasının sədri deyir ki,İran dağıla bilər.

“Güney azərbaycanlılar İrandakı etiraz aksiyalarına kütləvi şəkildə qoşulsa, bu rejimin yıxılmasına səbəb ola bilər”.

Bunu “Ana Vətən” partiyasının sədri, keçmiş millət vəkili  Fazil Ağamalı Azərbaycan Respublikası mediasına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırkı aksiyalar gözlənilirdi və bu uzun sürən sosial-iqtisadi böhranın nəticəsi idi.

“Bizim soydaşlarımızın hüquqları da pozulur, onların səsi yatırılır: bəziləri asılaraq edam olunur, digərləri isə zindanlara atılır. Məncə, molla-fars rejimi son günlərini yaşayır.

N.B

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights