Müasir İran fars millətçi rejim dövləti, İngilis cəsuslarının öz geostrateji maraqları üçün farslaşdırdıqları tarixi Azərbaycan Türklərinin dövlətidir. Güney Azərbaycan mütləq xain siyasətlə əllərindən alınan hakimiyyətlərini bərpa edəcəklər! Farslar yeni dövlət qurmayıb. Onlara sadəcə Qacarlar dövlətində hakimiyyəti bağışlayıblar ki, İngiltərə və ABŞ güc mərkəzinə xidmət etsinlər. (Hətta buna görə Farslara yaxşı tarix uydurub yazıblar.) Bu gün də bu siyasət davam edir. Sadəcə İranı bir geosiyasi “alət” olaraq İngilis, ABŞ və Rusiya güc mərkəzləri hərə özü üçün istifadə etmək istəyir. Ona görə də İran “aləti” uğrunda Rusiya və ABŞ, İngiltərə arasında müharibə bu gün də aparılır. Məntiqi olaraq duşünürük ki, bu gün İranda baş verən ixtişaşlarda Rusiya Əli Xomehniyə “məsləhət” edir ki, dövləti dəstəkləyən mitinq keçir, cəzaları artır. ABŞ prezidenti də etiraz edən insanlara müraciət edir ki, sizə kömək gedəcəm, haqqınızı qoruyun. Rusiya istəyər ki, İran dəyişmədən onun təsiri altında olsun, geosiyasi mövqelərini gücləndirsin. ABŞ isə İranın artıq əmrə tabe olmadığı üçün, onun rəqibi ilə yaxınlaşmaq istədiyinə görə, İrana müdaxilə edəcək. Əgər hadisələr bu istiqamətdə cərəyan etsə, ABŞ müdaxilə edəcək. ABŞ fikirləşir ki, İranı hansı quruluşda dovlət edək? Hakimiyyəti kimə vermək ki, yenə də bizə xidmət etsin. Ən yaxşı halda ABŞ-a etibarlı müttəfiq olsun. Bax bu sual indi, ABŞ və İngiltərə siyasətini istiqamətləndirən beyin mərkəzinin gərgin müzakirə mövzusudur. Satqın, qorxaq, etibarsız və şərəfsiz Rza varisləri qəbul edilməz. Qacarlar sülaləsinin varisinin hakimiyyətə gətirilməsi ədalətli qərar olardı. Qacarları ABŞ beyin mərkəzinə təqdim edən etibarlı və dünyada ehtiram olunan, şəxsiyyət, diplomat və ya onlar tərəfindən nüfuzlu hesab edilən bir prezident olmalıdır. Qacarlar bu çografiyada Azərbaycan Türklarinin qurduğu sonuncu dövlətdir. Onlar məkirli siyasətlə əllərindən alınan hakimiyyətlərini bərpa etməlidir ki, ədalət bərpa edilsin. Ya da Azərbaycan Türkləri başda olmaqla İranda müvəqqəti hökumət yaradılmalıdır! Bu müvəqqəti hökumət yeni prezident seçkiləri təyin etsin. Azərbaycan Türkləri hakimiyyətlərini bu yolla bərpa edir. Bu variantların hamısında yeni İran dövləti bütun güclərlə, dövlətlərlə dostluq edir. ABŞ, İngiltərə ilə etibarlı və qüdrətli müttəfiq olur. Əgər Türk Dövlətləri Təşkilatı qüdrətli güc mərkəzi olsa idi,o zaman İranda və bütün Türk Dünyasında haqqı pozanların haqqı müdafiə olunardı.TDT qüdrətli güc mərləzinə çevrilməlidir
Tahir Ələkbərov